Bütün xəbərlər
ABŞ NATO-da İsveç və Finlandiya ilə bağlı mövqeyinə görə Türkiyəni şantaj edir
Tarix: 16-01-2023 23:07 | Bölmə: Dünya

Ankara İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı mövqeyini yumşaltmasa, ABŞ Türkiyəni "F-16" qırıcılarını satmaqdan mümkün imtina ilə şantaj edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Ev ehtiyat edir ki, alyansın bütün üzvləri tərəfindən yeni üzvlərin qəbulunun təsdiqlənməsinin gecikməsi Rusiya üçün faydalı olacaq.
"ABŞ Türkiyəyə xəbərdarlıq edib ki, Ankara İsveç və Finlandiyadan gələn müraciətləri ratifikasiya etməsə, Konqres qırıcıların satışını təsdiqləməyəcək", - Türkiyənin yüksək səviyyəli rəsmisi "Bloomberg"-ə bildirib.
Hazırkı vəziyyət Ankaraya şimal ölkələri ilə kürdlərlə bağlı mövcud fikir ayrılıqlarını həll etməyə imkan verir.
Eyni zamanda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara Stokholmdan təkcə Türkiyədə qadağan olunmuş PKK tərəfdarlarının hərəkətlərinin pislənməsini deyil, konkret hərəkətlər gözləyir.
Yanvarın 12-də İsveçin paytaxtında PKK üzvləri mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz şüarlar səsləndiriblər.
Ötən həftə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Stokholm ölkədəki terror fəaliyyətlərinə son qoymayana qədər İsveçin NATO-ya qəbulu ilə bağlı heç bir irəliləyiş əldə oluna bilməz.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər