Bütün xəbərlər
Zeman prezident seçkilərinin ikinci turundan əvvəl Babişi dəstəkləyib
Tarix: 15-01-2023 21:45 | Bölmə: Dünya


Çexiyanın keçmiş baş naziri Andrey Babiş prezident seçkilərinin ikinci turu öncəsi respublikanın hazırkı prezidenti Miloş Zemanın dəstəyini alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zeman hesab edir ki, Babiş ikinci turdakı rəqibi ehtiyatda olan ordu generalı Petr Paveldən daha çox siyasi təcrübəyə malikdir.
Hazırkı prezidentin fikrincə, hərbi ali dövlət postu üçün ən yaxşı variant deyil. O əlavə edib ki, əksər sivil ölkələrdə dövlət başçısı postunu hərbçilər tutmur.
Çexiyalı politoloqlar Pavelin yanvarın 27-28-də keçiriləcək ikinci turda qalib gələcəyinə inanırlar.
Xatırladaq ki, Çexiyada prezident seçkilərinin birinci turu başa çatıb. NATO Hərbi Komitəsinin keçmiş rəhbəri, ordu generalı Petr Pavel 35,4% səs toplayıb və birinci yeri tutub. İkinci yeri 34,99% səslə keçmiş baş nazir və dollar milyarderi Andrey Babiş tutub.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər