Bütün xəbərlər
Böyük Britaniyanın Tehrandakı səfiri məsləhətləşmələr üçün Londona geri çağırılıb
Tarix: 14-01-2023 23:36 | Bölmə: Dünya


Britaniya Xarici İşlər Nazirliyi krallığın Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırır.

Səbəb ikili vətəndaşlığı olan İran və Böyük Britaniyanın keçmiş müdafiə naziri Əlirza Əkbərinin İranda edam edilməsi olub.
Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin sözlərinə görə, Birləşmiş Krallıq da İranın baş prokuroru Məhəmməd Cəfər Montazeriyə qarşı sanksiyalar tətbiq edib və İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
"İranın hərəkətlərinə cavabımız bu gün edilənlərlə məhdudlaşmayacaq. Biz gələcək addımları nəzərdən keçiririk", - Kleverli Twitter-də yazıb.
Almaniya Xarici İşlər Nazirliyi öz növbəsində Əkbərinin edam edilməsi fonunda İranın Berlindəki səfirini çağırıb. RİA Novosti yazır ki, görüş yanvarın 16-da səhər saatlarında baş tutacaq.
Almaniyanın xarici işlər naziri Annalena Burbok Britaniya-İran vətəndaşının edam edilməsini rəsmi Tehranın “daha bir qeyri-insani hərəkəti” adlandırıb.
Burbok Almaniya hakimiyyətinin mövqeyini Twitter-də açıqlayıb: “Biz britaniyalı dostlarımızın yanındayıq və rejimə qarşı hərəkətlərimizi və İran xalqına dəstəyimizi yaxından əlaqələndirməyə davam edəcəyik”.
Britaniya kəşfiyyatına casusluqda və korrupsiyada təqsirli bilinən Əkbəri barəsində edam hökmü yanvarın 14-də icra olunub. Böyük Britaniyanın baş naziri Rişi Sunak Əkbərinin edamını barbar rejimin qəddar və qorxaq hərəkəti adlandırıb.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər