Bütün xəbərlər
Tramp onun səfərini açıqladı, Əfqanıstana gedə bilmədi
Tarix: 19-01-2019 00:11 | Bölmə: Dünya

              



ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Əfqanıstana səfərinin təxirə salınmasının səbəbi bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə açıqlama verən Pelosinin köməkçisi Dryu Hammil səfərin təxirə salınmasına səbəb kimi təhlükəsizlik məsələlərini əsas gətirib.
Hammil qeyd edib ki, Tramp səfərin hərbi təyyarə ilə reallaşmasının qarşısını alsa da, ticari təyyarə ilə səfər reallaşdırılacaqdı. Ancaq öncədən Tramp səfər barədə açıqlama verdiyi üçün təhlükəsizlik səbəbindən Əfqanıstan ziyarəti baş tutmayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp onun Əfqanıstan səfərində hərbi təyyarədən istifadəsini əngəlləyib.



Baxış sayı: 613


Bölməyə aid digər xəbərlər