14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Ukrayna mətbuatında Azərbaycan səfirinin 20 Yanvar faciəsinə dair məqaləsi dərc edilib
Tarix: 18-01-2019 23:48 | Bölmə: Dünya

                          

Ukraynanın nüfuzlu Gordonua.comsaytında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin 20 Yanvar faciəsinə dair məqaləsi dərc edilib.
“Report” xəbər verir ki, məqalədə Sovet ordusunun silahsız insanlara qarşı törətdiyi cinayətdən bəhs edilib.
“Qanlı "Qara Yanvar"! İndi bu tarixi çoxu bilir. Ancaq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə küçələrə çıxan Azərbaycan paytaxtının sakinləri Qorbaçov, Yazov, Bakatinin onlar üçün nə plan hazırladıqlarından xəbərsiz idilər. Lakin bir müddət keçəndən sonra Sovet ordusunun öz vətəndaşlarına qarşı necə amansız olduqlarını gördülər”, deyə səfir məqalədə qeyd edir.
20 Yanvar faciəsi göstərdi ki, SSRİ rəhbərliyi öz vətəndaşlarına, sovet respublikalarına qarşı ikili standart nümayiş etdirib. Qorbaçov komandası erməniləri himayə edirdi. Onların azərbaycanlılara qarşı terror hərəkətlərinə, Dağlıq Qarabağda dinc insanların öldürülməsinə göz yumurdu.
Müəllif vurğulayıb ki, 20 Yanvar faciəsinə siyasi və hüquqi qiyməti Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən verilib. Dövlətimiz Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini əbədiləşdirib. Ölkəmizə gələn qonaqlar, rəsmi şəxslər ilk növbədə Şəhid Xiyabanını ziyarət edirlər. 



Baxış sayı: 570


Bölməyə aid digər xəbərlər