Bütün xəbərlər
"Virgin Orbit"-in buraxılışı peyklərlə uğursuz oldu
Tarix: 10-01-2023 13:03 | Bölmə: Dünya

Təyyarədən buraxılan "Virgin Orbit" daşıyıcı raketi kosmik peykləri Yerin orbitinə çıxara bilməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə britaniyalı iş adamı Riçard Bransonun şirkətinin nümayəndələri Tvitterdə bildiriblər.
Məlumatda qeyd edildiyi kimi, hazırda hadisə ilə bağlı məlumatlar təhlil edilir. “Deyəsən, orbitə çıxmağımıza mane olan anomaliya ilə qarşılaşdıq”, - RİA Novosti “Virgin Orbit”dən sitat gətirir.
"Virgin Orbit" Böyük Britaniyada "Boeing 747" təyyarəsindən doqquz peykli raket buraxmaq üçün ilk cəhdi edib. Təyyarə sağ-salamat aerodroma qayıdıb.
Hadisələr artıq "Virgin Orbit" gəmilərində baş verib. Beləliklə, 2020-ci ilin may ayında "LauncherOne" daşıyıcısının havadan buraxılış sisteminin sınaqları uğursuzluqla başa çatdı. Həmin ilin dekabrında "SpaceShipTwo" kosmik gəmisi başqa bir sınaq zamanı daşıyıcı təyyarədən ayrıldıqdan sonra mühərriki işə sala bilmədi, lakin o, sağ-salamat Yerə qayıtmağı bacardı.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər