Bütün xəbərlər
Şahzadə Harri əfqanları öldürməkdən utanmır
Tarix: 06-01-2023 11:00 | Bölmə: Dünya

Böyük Britaniya şahzadəsi Harri “Spare” adlı memuar yazıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kitabın yanvarın 10-da nəşri planlaşdırılır.
"Sky News" telekanalı şahzadənin Əfqanıstandakı xidmətinə həsr olunmuş bölümün məzmununu öyrənə bilib. Harri yazıb ki, o, rəqiblərini öldürməklə fəxr etmir, amma bundan da utanmır.
"Mən həmişə dəqiq deyə bilərdim ki, nə qədər düşmən döyüşçüsü öldürdüm... Deməli, mənim sayım 25-dir. Bu, məni məmnun etmədi, amma utanmadım", - Britaniya şahzadəsi deyib.
Harri Əfqanıstanda iki il xidmət edib.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər