Bütün xəbərlər
Şimali Koreyaya məxsus pilotsuz uçan aparat Cənubi Koreyanın prezident administrasiyası ərazisinə uçub
Tarix: 05-01-2023 09:32 | Bölmə: Dünya


Şimali Koreyaya məxsus pilotsuz təyyarələrdən biri 2022-ci ilin dekabrında Seulun mərkəzində Koreya Respublikası Prezidentinin ofisinin ətrafındakı uçuşa qadağa zonasına daxil olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"O, qısa müddət ərzində zonanın şimal hissəsinə daxil olub, lakin əsas təhlükəsizlik qurğularına yaxınlaşmayıb", - "Yonhap" xəbər agentliyi Cənubi Koreyalı hərbi mənbəyə istinadən yazıb.
Eyni zamanda, Cənubi Koreyanın müdafiə naziri Li Conq Sub pilotsuz uçuş aparatları ilə mübarizə tədbirləri ilə bağlı brifinq zamanı zonanın bir hissəsinə pilotsuz təyyarənin daxil olması barədə ölkə prezidentinə məlumat verib.
Qeyd olunduğu kimi, uçuşa qadağa qoyulmuş zonanın radiusu təxminən 3,7 kilometrdir.
2022-ci ilin dekabrında beş KXDR pilotsuz təyyarəsi demarkasiya xəttini keçərək Cənubi Koreyanın hava məkanına düşdü.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər