Bütün xəbərlər
Rusiyanın Riqadakı səfirliyinə şübhəli maddə olan bağlama daxil olub
Tarix: 04-01-2023 22:56 | Bölmə: Dünya

Rusiyanın Latviyadakı səfirliyinin ünvanına şübhəli bağlama gəlib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun tərkibində naməlum maddə olub. Hazırda latviyalı xilasedicilər və yerli xidmətlərin nümayəndələri hadisə ilə bağlı araşdırma aparır.
Rusiya səfirliyindən yanğınsöndürmə və xilasetmə xidmətinin növbətçisinin idarəetmə pultuna faktiki olaraq şübhəli maddə ilə bağlı zəng daxil olub. Lakin Latviyanın "Delfi" portalı bu çağırışın Rusiya diplomatik missiyasına çatdırılan bağlamaya aid olduğu təsdiqini ala bilməyib. Vəziyyətin ekstremal olduğunu nəzərə alaraq, diplomatik nümayəndəliyin əməkdaşlarından da şərh almaq mümkün olmayıb.
Latviya dövlət polisinin rəsmi nümayəndəsi Simona Qravite bildirib ki, onun idarəsinin əməkdaşları Riqanın Antoniyas küçəsində daxil olan 2 qutu ilə bağlı yerində yoxlama aparırlar.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər