Bütün xəbərlər
Əsəd Rusiyaya inkişaf və firavanlıq arzulayıb
Tarix: 31-12-2022 11:46 | Bölmə: Dünya


Suriya prezidenti Bəşər Əsəd Rusiya lideri Vladimir Putinə yeni il təbriki göndərərək, gələn ilin Rusiya Federasiyasına uğurlar, davamlı inkişaf və firavanlıq gətirməsini arzulayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Əsəd həmçinin Rusiyanın Suriya xalqına terrorizmlə mübarizədə verdiyi böyük dəstəyin və ərazilərinin bütövlüyünü qorumaq istəyinin Rusiya Federasiyasının prinsip və dəyərlərini və onun müdafiə etmək istəyini əks etdirdiyi qənaətində olduğunu bildirib.
Əsəd və Putin Yeni il münasibətilə təbrik teleqramları mübadiləsi aparıblar. Rusiya Federasiyasının prezidenti suriyalı həmkarına təbrikində Moskvanın Suriyanın suverenliyi, birliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcəyini təsdiqləyib.
Putin Əsədə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Suriya xalqına isə sülh və firavanlıq arzulayıb.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər