Bütün xəbərlər
Çin yeni xarici işlər naziri təyin edib
Tarix: 30-12-2022 16:49 | Bölmə: Dünya

Çin Xarici İşlər Nazirliyinə əvvəllər Çinin ABŞ-dakı səfiri vəzifəsində çalışmış Qin Qang rəhbərlik edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Çin Mərkəzi Televiziyasının məlumatına görə, bu qərar Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin iclasında qəbul edilib.
TASS xəbər verir ki, 2013-cü ildən ona keçmiş xarici işlər naziri Van Yi rəhbərlik edir.
Dekabrın 30-da Rusiya prezidenti ilə Çin lideri arasında videobağlantı vasitəsilə danışıqlar aparılıb.
Dmitri Peskovun daha sonra jurnalistlərə dediyi kimi, Vladimir Putin və Si Cinpinq “çox konstruktiv və həcmli söhbət aparıblar”.



Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər