Bütün xəbərlər
Vuçiç serb ordusunu həyəcan vəziyyətinə salmağı əmr etdi
Tarix: 27-12-2022 07:57 | Bölmə: Dünya

Serbiya Silahlı Qüvvələri Kosovo hakimiyyətinin hərəkətlərinə cavab olaraq ölkə prezidentinin əmri ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"Tanjuq" agentliyi Serbiyanın müdafiə naziri Miloş Vuçeviçə istinadən xəbər verir ki, “Serbiyanın prezidenti ali baş komandan kimi Serbiya ordusunun ən yüksək döyüş hazırlığına gətirilməsi barədə göstəriş verib”.
Bundan əlavə, Serbiyanın daxili işlər naziri Bratislav Qaşiç ölkənin Daxili İşlər Nazirliyinin qüvvələrinin tam döyüş hazırlığı vəziyyətində olduğunu açıqlayıb.
Qərb ölkələri Serbiya hakimiyyətinə ultimatum verib. Prezident Aleksandar Vuçiçdən 24 saat ərzində Kosovodakı Serb barrikadalarının sökülməsinə nail olmaq tələb olunub. Əks halda, tanınmamış respublikanın hakimiyyət orqanlarının hərəkətlərinə qarışmayacaqları ilə hədələyirlər.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər