Bütün xəbərlər
Çarlz III Şahzadə Endryu Bukingem sarayından qovdu
Tarix: 24-12-2022 19:01 | Bölmə: Dünya


Şahzadə Endryuya Bukingem sarayına giriş qadağan edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu qərarı kral III Çarlz verib, "The Sun" öz mənbələrinə istinadən yazır. Jurnalistlər aydınlaşdırırlar ki, Endryu kral vəzifələrini yerinə yetirməyib və təkbaşına olub.
Bununla belə, Sandrinqem sarayında keçiriləcək Milad ziyafətində Endryu yenə də görünəcək.
Bundan əvvəl şahzadənin ətrafında qalmaqal yaranmışdı. Hüquq müdafiəçisi Virciniya Giuffre bildirib ki, Endryu ona təcavüz edib. KİV-in məlumatına görə, iş məhkəməsiz həll olunub - kral ailəsinin üzvü qurbanına 12 milyon funt sterlinq ödəyib.
Buna baxmayaraq, Şahzadə Endryu bütün rütbə və titullardan məhrum edilib.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər