Bütün xəbərlər
Bayden ABŞ-ın müdafiə büdcəsini imzalayıb
Tarix: 23-12-2022 21:02 | Bölmə: Dünya


ABŞ prezidenti Co Bayden ölkənin 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o, milli müdafiə xərclərinin keçən ilki 778 milyard dollardan rekord həddə - 847,3 milyard dollara yüksəlməsini nəzərdə tutur. 10 milyard dollar Tayvana, 800 milyon dollar isə Ukraynaya hərbi yardım üçün ayrılıb. Daha 6 milyard dollar isə Rusiyanın Avropada cilovlanmasına sərf olunacaq.
Müdafiə büdcəsinə Rusiya Federasiyası ilə qızıl-valyuta əməliyyatlarında iştiraka görə sanksiyalar daxildir, Rusiya ilə hərbi sahədə əməkdaşlığa qoyulan qadağanın beş il müddətinə uzadılması nəzərdə tutulur, həmçinin Rusiya Federasiyası ilə məlumat mübadiləsinə daimi qadağa tətbiq edilir.
Bundan başqa, sənəddə bildirilir ki, ABŞ Rusiya nümayəndələrinin G20 tədbirlərində və bir sıra digər beynəlxalq təşkilatlarda iştirakının qarşısını almaq niyyətindədir.
TASS yazır ki, bundan əvvəl müvafiq qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənib.



Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər