Bütün xəbərlər
İsrail qırıcıları Dəməşqə zərbələr endirib
Tarix: 21-12-2022 11:13 | Bölmə: Dünya


İsrail qırıcıları ötən gecə Suriyanın Dəməşq əyalətində yerləşən hərbi obyektlərə hücum edib, iki suriyalı əsgər yaralanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə brifinqdə Suriyada Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini, general-mayor Oleq Yeqorov bildirib.
Onun sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 4 ədəd F-16 taktiki təyyarəsi dekabrın 20-də saat 00:35-dən 00:40-a kimi Colan təpələrindəki hava məkanından idarə olunan raket zərbəsi endirib.
İsrail tərəfinin rəsmi bildirişinə əsasən, zərbə “iranyönlü silahlı birləşmələrə” endirilib”, - deyə, rusiyalı general bildirib.
Dəməşq yaxınlığında bir neçə mövqenin hücumu və iki əsgərin yaralanması ilə bağlı məlumatı Suriya Müdafiə Nazirliyinin nümayəndəsi təsdiqləyib. Hava limanının yaxınlığında yerləşən 4 rayon vurulub. Yerli KİV-in məlumatına görə, onun hədəfləri Suriya ordusunun iki obyekti, həmçinin Dəməşqin kənarında yerləşən İran dəstələrinin mövqeləri olub, TASS yazır.




Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər