Bütün xəbərlər
ABŞ qadağan olunmuş “Azov”a vəsait ayırmayacaq
Tarix: 20-12-2022 12:32 | Bölmə: Dünya


ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin dərc etdiyi ABŞ-ın 2023-cü il büdcəsi layihəsində Rusiya Federasiyasında qadağan olunmuş Ukrayna Milli Qvardiyasının Azov birləşməsinin maliyyələşdirilməsinə qadağa qoyulması ilə bağlı bənd daxil edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Vaşinqtonun 2022-ci il ərzində Ukraynaya dəstək üçün vəsait ayırmasını tənzimləyən qanun layihələrində Azovun maliyyələşdirilməsinə qadağa qoyulması barədə heç nə deyilməyib.
Büdcə layihəsində Ukraynaya müxtəlif növ dəstəyin məbləğləri göstərilib. Beləliklə, prezidentə Kiyevə 14,5 milyard dollara qədər hərbi texnika ötürməyə icazə verilir. 9 milyard dollar Ukrayna silahlı qüvvələrinin təlim, avadanlıq, silah və logistika və kəşfiyyat dəstəyinə yönəldiləcək.
Kiyev hakimiyyətinin iqtisadi və büdcə dəstəyinə 13,37 milyard vəsait ayrılıb.Vaşinqton ukraynalı qaçqınların məskunlaşdırılması və dəstəklənməsi, həmçinin onlara ingilis dili dərsləri üçün 2,4 milyard dollar ayırmaq niyyətindədir. Ukraynada mümkün nüvə və radiasiya insidentlərinə cavab verməyə hazırlaşmaq üçün 126 milyon vəsait ayrılıb.
Daha 11,88 milyard dollar isə Ukraynaya təhvil verilmiş avadanlıq ehtiyatlarının doldurulmasına xərclənəcək. 2023-cü ildə ABŞ-ın ümumi müdafiə xərcləri 798 milyard dollar təşkil edəcək ki, bu da bir il əvvəlkindən təxminən 10% çoxdur.



Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər