Bütün xəbərlər
Mərkəzi Afrika Respublikasında “Rus evi”nin rəhbərinə sui-qəsd cəhdi edilib
Tarix: 16-12-2022 22:11 | Bölmə: Dünya


Mərkəzi Afrika Respublikasındakı “Rus evi” mədəniyyət mərkəzinin rəhbəri Dmitri Sıtıya qarşı sui-qəsd cəhdindən sonra, o,ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,cümə günü günortadan sonra Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə Rusiya humanitar missiyasının rəhbərinin əlində alınan bağlama partlayıb. Rusiyanın bu ölkədəki səfirliyinin mətbuat attaşesi Vladislav İlyin RİA Novosti-yə bildirib ki, Syty təcili xəstəxanaya yerləşdirilib.
Beynəlxalq Təhlükəsizlik üzrə Zabitlər Birliyinin nümayəndələri bildiriblər ki, Dmitrinin vəziyyəti ağırdır, həkimlər onun həyatı üçün mübarizə aparırlar.
Bağlamanın göndəricisi naməlum olaraq qalır.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər