Bütün xəbərlər
Peru hakimiyyəti üsyankar ərazilərdə komendant saatı tətbiq edib
Tarix: 16-12-2022 10:01 | Bölmə: Dünya


Perunun keçmiş prezidenti Pedro Kastilyo 18 ay həbsdə qalacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, belə bir müddət ona ölkənin məhkəməsi tərəfindən təyin edilib. Devrilmiş dövlət başçısı qiyam təşkil etməkdə ittiham olunur.
İstintaq zamanı o, qaçma riski yüksək olduğundan həbsdə qalacaq. Bu xəbərlərin fonunda ölkədə vəziyyət daha da pisləşdi. Bu xəbərin fonunda ölkədə vəziyyət gərginləşib: xüsusən də Ayakuço hava limanında etirazçılarla polis arasında bir nəfərin ölümü ilə nəticələnən yeni toqquşmalar qeydə alınıb.
Bununla da Perudakı iğtişaşların qurbanlarının sayı 7 nəfərə çatıb. Peru hakimiyyəti üsyan edən bölgələr üçün beş günlük məcburi komendant saatı elan edib.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər