Bütün xəbərlər
Çin şirkətinin kommersiya raket buraxılışı uğursuzluqla nəticələnib
Tarix: 15-12-2022 12:15 | Bölmə: Dünya


Çinin LandSpace Technology şirkəti tərəfindən kommersiya buraxılışları üçün hazırlanmış ZhuQue-2 (ZQ-2) daşıyıcısının eksperimental buraxılışı uğursuzluqla başa çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə cümə axşamı şirkət məlumat yayıb. Sınaq buraxılışı bir gün əvvəl, yerli vaxtla saat 16.30-da (Moskva vaxtı ilə 11.30) baş tutub. Raket Çinin şimal-qərbindəki Jiuquan Kosmik Mərkəzindən buraxılıb.
Raketin buraxılışdan bir müddət sonra uçuşu normal baş tutsa da, ikinci mərhələ mühərrikinin işində nasazlıqlar yaranıb. Nəticədə LandSpace Technology buraxılışın uğursuz olduğunu elan etdi. Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib.
ZhuQue-2 (ZQ-2) 49,5 metr uzunluğundadır və maye metan və maye oksigen mühərrikləri ilə iki mərhələdən ibarətdir. Uçuş çəkisi 219 ton olan o, aşağı Yer orbitinə 4 tona qədər yük çıxara bilir.
ZhuQue-2 (ZQ-2) maye metan və maye oksigen mühərrikləri ilə uzunluğu 49,5 metr və diametri 3,35 metr olan iki pilləli gücləndirici raketdir, ZQ-2-nin buraxılış çəkisi 219 ton, havaya qalxma gücü 268 tondur.
Raket aşağı Yer orbitinə (təxminən 200 km) 6 tona qədər faydalı yükü və 500 km günəş sinxron orbitinə 4 tona qədər faydalı yük çıxarmaq qabiliyyətinə malikdir. LandSpace Technology hər il bu raketlərdən 15-ə qədər istehsal etmək niyyətindədir.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər