Bütün xəbərlər
Fransa və Mərakeş millilərinin azarkeşləri bir-birinin üzərinə məşəl atıblar
Tarix: 15-12-2022 10:52 | Bölmə: Dünya

Fransa və Mərakeş yığmalarının futbolsevərləri Qətərdə keçirilən dünya çempionatında milli komandaların yarımfinal oyununun başa çatmasını şiddətlə qeyd ediblər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.
"Figaro" qəzetinin məlumatına görə, Nitsada azarkeşlər arasında toqquşma baş verib. “Üçrənglilərin” pərəstişkarları mərakeşlilərə kobud şəkildə “Fransadan çıxmağı” tövsiyə ediblər. Azarkeşlər bir-birlərinə atəş açıblar.
Lionda da qarşıdurmalar baş verib. "Monde" xəbər verir ki, ehtirasları söndürmək üçün yerli polis gözyaşardıcı qazdan istifadə etməli olub.
Monpelyedə azarkeşlər bir-birlərinə fişənglər atıblar. Daşlardan da istifadə olunub. “Reuters”in məlumatına görə, bir neçə azarkeş xəsarət alıb.
Xatırladaq ki, Fransa yığması yarımfinalda Mərakeş yığmasına 2:0 hesabı ilə qalib gələrək argentinalılarla qarşılaşacaqları turnirin finalına yüksəlib.



Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər