Bütün xəbərlər
ABŞ konqresmenləri Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq istəyirlər
Tarix: 15-12-2022 10:16 | Bölmə: Dünya

ABŞ konqresmenləri Steven Cohen və Joe Wilson Nümayəndələr Palatasına prezident Co Baydeni Rusiyanın BMT Təhlükəsizlik Şurasından kənarlaşdırılmasını tələb edən qətnamə layihəsi təqdim ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,konqresmenlər təkid edirlər ki, Rusiya Federasiyası Ukraynadakı hərəkətləri ilə BMT Nizamnaməsini pozub və bu, onun Təhlükəsizlik Şurasında yer tutmaq hüququnu şübhə altına alır.
“Foreign Policy” jurnalına görə, eyni zamanda, qətnamə məcburi deyil və Ağ Ev üçün məsləhət xarakteri daşıyır. Bundan əlavə, nəşr konqresmenlərin təşəbbüsünə şübhə ilə yanaşan ekspertlərin fikirlərinə istinad edir.
Bundan əvvəl BMT Baş Assambleyası Rusiya Federasiyasının silahlara nəzarət müqavilələri sisteminin gücləndirilməsinə dair qətnaməsini qəbul edib. Bu, səsvermənin nəticələrindən belə çıxır. Qətnamə müvafiq sənədləri imzalamış bütün ölkələri bu sazişlərin bütün müddəalarını tam şəkildə yerinə yetirməyə çağırır.



Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər