Bütün xəbərlər
ABŞ Ukraynaya qoşun göndərməyəcək, lakin müfəttişlərin sayını artıracaq
Tarix: 13-12-2022 09:21 | Bölmə: Dünya


ABŞ öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil, onlar özlərini maddi dəstəklə məhdudlaşdıracaqlar, prezident Co Bayden deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"biz Ukraynaya qoşun göndəririk? Xeyr, biz əvvəlki kimi (hərbi) texnika göndəririk. Milyardlarla dollara", - deyə, Bayden bildirib.
Bu arada NBC telekanalı ABŞ administrasiyasındakı adı açıqlanmayan mənbələrə istinadən bildirib ki, Pentaqonun Vaşinqton tərəfindən tədarük edilən silahların istifadəsinə nəzarəti gücləndirmək üçün Ukraynadakı nümayəndələrinin sayını artırmağa çalışır.
Telekanalın məlumatına görə, hazırda Ukraynada 20-yə yaxın amerikalı hərbçi var, lakin “onların yalnız kiçik bir hissəsi” təchiz edilmiş silahların hərəkətinə nəzarət edir. ABŞ-ın müdafiə naziri Lloyd Ostin müfəttişlərin sayını xeyli artırmaq istəyir.
Bundan əlavə, Pentaqon rəhbəri Ukrayna Silahlı Qüvvələrinə “kritik” silah sistemlərindən, o cümlədən hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə kömək edəcək ekspertlərin Ukraynada olmasını təmin etmək niyyətindədir. Üstəlik, hərbçilər bu planlarını gələn ilin əvvəlinə, ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarətin respublikaçılara keçəcəyinə qədər həyata keçirmək istəyir, TASS yazır.
ABŞ Hərbi Departamentində "Reaper" pilotsuz uçuş aparatlarının Ukraynaya mümkün transferi ilə bağlı müzakirələr də davam edir.



Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər