Bütün xəbərlər
Ərdoğan Türkiyədə yeni neft yatağının açılacağını açıqlayıb
Tarix: 13-12-2022 09:07 | Bölmə: Dünya


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 12-də hökumətin iclasından sonra bildirib ki, Türkiyənin cənub-şərqində ehtiyatları 150 milyon barel təmiz neftlə təxmin edilən yeni yataq kəşf edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o, yatağın Qabar dağının yaxınlığında (Şirnak vilayətində yerləşir) aşkar edildiyinə aydınlıq gətirib.
"Bunlar 2022-ci ildə aşkar edilən on ən böyük quru yataqlarından biridir. Ehtiyatların dəyəri təxminən 12 milyard dollardır", - Ərdoğan bildirib.
Günün əvvəlində prezident Türkiyənin gündə təxminən 100 min barel neft hasil etmək niyyətində olduğunu açıqlayıb, lakin bunun hansı yataqlarda baş verəcəyini dəqiqləşdirməyib, TASS qeyd edir.
İyun ayında Türkiyə lideri Adana vilayətində iki quyuda yüksək keyfiyyətli neft ehtiyatı aşkarlandığını açıqlamışdı. Onların dəyəri bir milyard dollar qiymətləndirilirdi, RİA Novosti xatırladır.
Türkiyənin dövlət neft şirkəti TPAO may ayında Suriya ilə həmsərhəd ərazilərdə, o cümlədən Şirnak və Mardin əyalətlərində beş illik neft kəşfiyyatı lisenziyası alıb.



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər