Bütün xəbərlər
Borrell etiraf edib ki, Aİ hərbi ehtiyatlarını tükəndirib
Tarix: 12-12-2022 10:52 | Bölmə: Dünya


Avropa diplomatiyasının rəhbəri Josep Borrell etiraf edib ki, Avropa İttifaqı Ukraynaya kömək edərkən silah ehtiyatlarını tükəndirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Borrell öz bloqunda yazıb: "Bu müharibə həm də hərbi imkanlarımızla bağlı hamımız üçün həyəcan siqnalı oldu. Biz Ukraynaya silah verdik, lakin bununla da hərbi ehtiyatlarımızın tükəndiyini anladıq".
Dekabrın 11-də Fransanın “Patriotlar” hərəkatının lideri Florian Filippo hakimiyyəti Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb. Onun sözlərinə görə, bu, Fransanın ziyanına edilir. Siyasətçi ölkənin hərbi ehtiyatlarının zərər gördüyünü də qeyd edib.
Bundan əvvəl "New York Times" Polşa və Baltikyanı ölkələrdə texnika və sursat çatışmazlığından yazmışdı. Nəşr qeyd edir ki, ilin əvvəlində NATO üzvlərinin əksəriyyətinin ehtiyatları standartın yalnız yarısı idi.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər