14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin
Tarix: 18-01-2019 01:42 | Bölmə: Dünya



İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif xüsusi bəyanatla çıxış edərək ABŞ-dan iranlı jurnalistin təcili azad olunmasını tələb edib. Modern.az xəbər verir ki, Məhəmməd Cavad Zərif ABŞ-da iranlı jurnalist Mərziyə Haşiminin həbs edilməsini siyasi şantaj adlandırıb.
 
Qeyd edək ki, Melani Franklin ABŞ-da anadan olub. Sonralar daimi yaşamaq üçün İrana köçüb və Mərziyyə Haşimi adını götürərək Press TV-də jurnalist kimi fəaliyyətə başlayıb.
 
O, yanvarın 13-də yaxın qohumları ilə görüşmək üçün ABŞ-a yola düşüb və Sent -Luis şəhərinin aeroportunda həbs edilərək Vaşinqton türməsinə gətirilib.
 
Jurnalistin həbs edilməsi səbəbləri haqqında məlumat verilmir. Lakin mətbuat yazır ki, jurnalist casusluqda ittiham edilir.



Baxış sayı: 585


Bölməyə aid digər xəbərlər