Bütün xəbərlər
Ukraynanın enerji sisteminin təmiri üçün Norveç tərəfindən 100 milyon dollarlıq yeni yardım paketi ayrılıb
Tarix: 11-12-2022 18:33 | Bölmə: Dünya

Norveç hakimiyyəti ölkənin enerji sisteminin bərpası üçün Ukraynaya 100 milyon dollar ayırmağa qərar verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə prezident Vladimir Zelenski Telegram kanalında videomüraciətində bildirib.
Zelenskinin qeyd etdiyi kimi, Norveç Ukraynaya siyasi, iqtisadi və hərbi dəstək verir, qazın alınmasına yardım edir və humanitar yardım edir.
TASS xatırladır ki, bundan əvvəl Norveç Ukrayna Silahlı Qüvvələrinin təlimi üçün 150 milyon kron (təxminən 15 milyon dollar) ayırıb.
Norveç Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ildə ölkə hakimiyyəti Ukrayna əsgərlərinin hərbi təlimi üzrə təlimatçıların sayını iki dəfə artırmağı planlaşdırır - 75-dən 150-yə.



Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər