Bütün xəbərlər
Fransanın silah ehtiyatı demək olar ki, tükənib
Tarix: 11-12-2022 18:20 | Bölmə: Dünya

Fransanın “Vətənpərvərlər” hərəkatının lideri Florian Filippo hakimiyyəti Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,siyasətçi əmindir ki, öz ölkəsinin ziyanına hərəkət etmək dəlilikdir.
"Hərbi ehtiyatlar demək olar ki, tükənib... Amma biz Zelenskiyə silah və sursat verməkdə davam edirik! Gəlin bu tam dəliliyi dayandıraq!"
Bundan əvvəl Fransa KİV-ləri “Fransa ordusu: bütövlükdə silah ehtiyatları yoxa çıxdı” başlıqlı məqalə yayıb və bu məqalədə Fransa Beynəlxalq Münasibətlər İnstitutunun məlumatlarına yer verilib, buna görə ölkədə silah çatışmazlığı var. Bununla yanaşı, Ukraynaya “kiçik” silahların tədarükü davam edir, RİA Novosti xəbər verir.
Qeyd olunur ki, son on ildə “büdcə vəsaitləri başqa məqsədlərə yönəldildiyi” və eyni həcmdə yenidən yaradılmadığı üçün silah ehtiyatları mümkün qədər azaldılıb.




Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər