Bütün xəbərlər
Şolts ikinci müddətə Almaniya kansleri olaraq qalmaq niyyətindədir
Tarix: 08-12-2022 12:46 | Bölmə: Dünya


Almaniya kansleri Olaf Şolts 2025-ci il seçkilərində kansler kimi ikinci müddətə namizəd olmaq niyyətindədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Şolts "Funke" media qrupuna müsahibəsində "Əlbəttə, namizədliyimi irəli sürəcəyəm" deyib.
Şolts hökumət koalisiyasının "yenidən mandat almasını" istəyir.
Almaniya Rusiyanın Ukraynadakı hərbi əməliyyatının Avropa üçün “nəticələrinə baxmayaraq, bu dəfə sağ qala biləcək qədər güclüdür”, kansler deyib.
Bu arada, "biz artıq Rusiyanın enerji təchizatına arxalana bilmərik. İndi uzunmüddətli perspektivdə müstəqil olmaq üçün lazımi qərarlar qəbul edirik", - Şolts izah edib.
Almaniya hakimiyyəti enerji qiymətlərini cilovlamaq üçün 200 milyard avro ayırıb.
Hökumət qaz qiymətlərinin düşəcəyini gözləyir, çünki “idxal üçün yeni imkanlar yaranacaq”. "Biz yəqin ki, müharibədən əvvəl əldə etdiyimiz aşağı qiymətlərə qayıtmayacağıq. Amma Almaniya güclü və uğurlu sənaye ölkəsi olaraq qalacaq", -Şolts deyib.
Şolts 8 dekabr 2021-ci ildə Almaniya hökumətinə 16 il rəhbərlik edən Angela Merkeldən sonra Almaniyanın kansleri seçilib.



Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər