14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Gürcü politoloq: "20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır"
Tarix: 18-01-2019 00:26 | Bölmə: Dünya

                              


"1990-cı ilin 20 yanvarında Azərbaycanda qanlı cinayət törədənlər mütləq cəzalandırılmalıdır".
"Report"un yerli bürosu xəbər verir ki, bunu gürcü politoloq Tengiz Txilava jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqına dost və qardaş xalqlar üçün də faciəvi tarixdir: "Gürcüstan və Azərbaycan xalqları müstəqilik uğrunda mübarizə yolunda oxşar talelər yaşayıblar. Gürcüstanda da 1989-cu ilin aprelin 9-da eyni qanlı hadisə törədildi. Xatırlayıram ki, Tbilisidə baş verən faciədən sonra Azərbaycandan nümayəndə heyətləri Gürcüstana gələrək, gürcü xalqına dəstəyini ifadə etdi".
T.Txilava qeyd edib ki, Bakıda 20 Yanvar faciəsi baş verəndən sonra Gürcüstan da dost Azərbaycan xalqına dəstək bildirib: “O zaman mən Gürcüstanda deyildim. Lakin bir çox dostlarım və tanışlarım Azərbaycan xalqına dəstək vermək üçün Bakıya getmişdilər. Şəhidlərin doğmaları və yaxınlarına başsağlığı verirəm. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək”.
Qeyd edək ki, bu gün Gürcüstanın Milli Parlament Kitabxanasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş fotosərgi keçirilib.



Baxış sayı: 629


Bölməyə aid digər xəbərlər