Bütün xəbərlər
Mixail Fridman Londonda saxlanılsa da, zaminə buraxılıb
Tarix: 04-12-2022 00:21 | Bölmə: Dünya


Rusiyalı milyarder Mixail Fridman Londonda həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Mixail Fridman Londonda saxlanılsa da, zaminə buraxılıb.Britaniya polisi tərəfindən iş adamının saxlanmasının səbəbi açıqlanmır.
TASS xəbər verir ki, Mixail Fridmandan başqa, daha bir şəxs “müəyyən miqdarda nağd pulla” saxlanılıb. Amma bankın -“Alfa-Bank”ının mətbuat xidməti kimdən danışdıqlarını bilmədiklərini, lakin evdə Mixail Fridmanın olduğunu bildirib.
"Onun bu hekayə ilə heç bir əlaqəsi yoxdur" deyə bank qurumu əlavə edib.
"Alfa Group" konsorsiumunun sahibləri, 58 yaşlı Mixail Fridman və Petr Avenə qarşı sanksiyalar Avropa İttifaqı tərəfindən 28 fevral 2022-ci ildə tətbiq edilib. Bir sıra rusiyalı biznesmen və məmurlara qarşı da sanksiyalar tətbiq edilib. Fridman və Aven martın 1-də Rusiyanın Alfa-Bankının direktorlar şurasını tərk etdiklərini elan ediblər.

Daha əvvəl bildirilmişdi ki, bankir dekabrın 1-də Londondakı evində fırıldaqçılıq məqsədi ilə əlbir olmaq və çirkli pulların yuyulmasında şübhəli bilinərək həbs edilib. Onunla birlikdə binada işləyən 35 yaşlı işçinin və iş adamının şərikinin 39 yaşlı tanışının saxlanıldığı iddia edilir. Eyni zamanda iş adamının 35 yaşlı işçisi- içərisində bir neçə min lirə tapılan çanta ilə malikanədən çıxdıqdan yarım saat sonra saxlanılıb.



Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər