Bütün xəbərlər
Ukrayna bir sıra ölkələrlə elektrik enerjisinin idxalı ilə bağlı danışıqlar aparır
Tarix: 29-11-2022 02:38 | Bölmə: Dünya


“Ukrenerqo”nun rəhbəri Volodimir Kudritski Atlantik Şurasının vebinarında çıxış edərək bildirib ki, Ukrayna enerji şirkəti elektrik enerjisinin idxalı üçün bir sıra qonşu Qərb ölkələri ilə danışıqlar aparır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,RİA Novostinin məlumatına görə, Ukraynanı elektrik enerjisi ilə təmin edə biləcək ölkələr arasında Kudritski Rumıniya, Slovakiya və Macarıstanı da qeyd edib.
Ukraynanın Energetika Nazirliyi Rusiya Silahlı Qüvvələrinin noyabrın 23-də endirdiyi zərbələrdən sonra bütün atom elektrik stansiyalarının, istilik elektrik stansiyalarının və su elektrik stansiyalarının əksəriyyətinin müvəqqəti olaraq enerjisizləşdirildiyini bildirib. Ertəsi gün idarədən bildirdilər ki, mühüm infrastruktur obyektlərinin elektrik enerjisi ilə təminatı bərpa olunub.



Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər