Bütün xəbərlər
Böyük Britaniya yüksək dəqiqlikli Brimstone-2 raketlərini Ukraynaya təhvil verib
Tarix: 28-11-2022 02:21 | Bölmə: Dünya


Böyük Britaniyanın Müdafiə Nazirliyi Kiyev rejiminə lazerlə idarə oluna bilən yüksək dəqiqliyə malik Brimstone-2 raketlərinin partiyasını verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,çatdırılma növbəti yardım paketinin bir hissəsi kimi həyata keçirilib. Raketlərin göndərilməsini əks etdirən video Britaniya Müdafiə Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifəsində yerləşdirilib.
"Böyük Britaniya yardım paketinin bir hissəsi olaraq Ukrayna silahlı qüvvələrini Brimstone-2 dəqiq idarə olunan raketləri ilə təmin edib. Bu yardım Rusiyanın qarşısını almaqda həlledici rol oynayıb", - hərbi idarə yazır.
Bundan əvvəl “Teleqraf” qəzeti Londonun belə raketlərin bir partiyasını artıq Ukraynaya ötürdüyünü yazıb. Onların miqdarı və çatdırılma vaxtı məlum deyildi. Kiyev 2022-ci ilin aprelində Brimstone raketlərinin Böyük Britaniya tərəfindən təhvil verilməsi imkanını istəyib.
“Brimstone” yüksək texnologiyalı “hava-yer” raketidir. O, hərəkət edən hədəfləri yüksək dəqiqliklə vurmağa imkan verən aktiv radar başlığı ilə təchiz olunub. Bundan əlavə, lazer bələdçiliyi imkanı var. 2005-ci ildə Kral Hərbi Hava Qüvvələrində xidmətə girdi. Bir raketin qiyməti təxminən 175 min funt sterlinqdir.


Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər