Bütün xəbərlər
Suriya İstanbul hücumunu təşkil edən şəxsi həbs edib
Tarix: 17-11-2022 00:39 | Bölmə: Dünya

İstanbulun İstiqlal küçəsində törədilən hücumda şübhəli bilinən şəxs Türkiyə təhlükəsizlik orqanları tərəfindən Suriyada saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o, Suriyanın şimalında yerləşən Azaz şəhərində əsir götürülüb. İstanbulun Avropa hissəsinin mərkəzindəki İstiklal piyada turist küçəsində baş verən partlayışda 6 nəfər həlak olub, 3-ü Rusiya vətəndaşı olmaqla 81 nəfər yaralanıb. Yaralı ruslardan biri xəstəxanaya yerləşdirilib.
Noyabrın 13-də baş verən terror aktından sonra küçədə mağazanın yanında üzərində bomba olan çanta qoyan qadın saxlanılıb. Onun Suriyadan olan qeyri-qanuni miqrant olduğu məlum olub. O, kürdlərlə əlaqəsini təsdiqləyib. İkinci şəxs ona hücumun təşkilində köməklik edib.
Müstəntiqlərin məlumatına görə, İstanbuldakı hücumda Kürdüstan Fəhlə Partiyasının (PKK) və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələrinin üzvləri iştirak edib. Terror aktının istintaqı çərçivəsində ümumilikdə beşdən çox adam saxlanılıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Fatih rayonunda baş verən partlayışdan sonra -“Sülh mənbəyi” əməliyyatından sonra Türkiyə sərhədi yaxınlığında yaradılan 30 kilometrlik bufer təhlükəsizlik zonasının genişləndirilməsi üçün Suriyada sərhədyanı hərbi-polis əməliyyatı keçirəcəyini istisna etməyib.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər