Bütün xəbərlər
Lavrov: Qərb G20 sammitinin yekun bəyannaməsini siyasiləşdirməyə çalışır
Tarix: 15-11-2022 14:01 | Bölmə: Dünya

G20 sammitinin bəyannaməsi layihəsi Ukrayna ətrafındakı vəziyyətə həm Qərb, həm də Rusiyanın qiymətləndirmələrini təqdim edir, Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata yanaşma zamanı bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitinin yekunları üzrə jurnalistlərlə görüşü zamanı bildirib ki, G20-nin yekun bəyannaməsi üzərində iş demək olar ki, başa çatıb.
"G20-nin yekun bəyannaməsi üzərində iş demək olar ki, başa çatıb. Bu sənəd rəqəmsallaşma mövzusuna baxılacaq sabahkı iclasın yekunlarına əsasən təsdiqlənəcək. Bizdən maliyyə naziri Anton Siluanov iştirak edəcək", - nazir bildirib.
G20 dövlət başçılarının XVII iclası 2022-ci il noyabrın 15-dən 16-dək İndoneziyada, Bali adasında keçirilir.



Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər