12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Yunanıstan odla oynayır!-Dendiasdan qalmaqallı sözlər
Tarix: 14-11-2022 12:59 | Bölmə: Dünya


Qonşu Yunanıstandan gərginliyi artıran bəyanatlar gəlməkdə davam edir. Sabaha-inamla.az türk mətbuatına istinadən xəbər verir ki,Yunanıstan xarici işlər naziri növbəti dəfə Türkiyəni hədəfə alıb. Ankaranın müharibəyə səbəb saydığı 12 mil məsələsini gündəmə gətirən yunan nazir qalmaqallı açıqlamalar verib.
Yunanıstanın CNN telekanalında yer alan xəbərə görə, Dendias ölkənin ərazi sularını genişləndirməyə davam etmək niyyətini bir daha gündəmə gətirib.
Yunanıstanlı nazir bu dəyişikliyin milli maraqlara uyğun görüldüyü zaman baş verəcəyini bildirərək gərginliyi bir daha artırıb.
Türkiyəyə qarşı qalmaqallı ifadələr işlədən Dendias Ankaranı “təcavüzkarlıq” və “aldadıcılıq”da ittiham edib.
Dendias Türkiyənin mövqeyinə görə Afina ilə Ankara arasında dialoqun qurulmasının mümkün olmadığını iddia edib.


Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər