12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Türkiyə hakimiyyəti İstanbuldakı partlayışın təşkilatçılarına və icraçılarına sərt cavab vəd edib
Tarix: 14-11-2022 10:47 | Bölmə: Dünya


Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbuldakı partlayışın təşkilatçılarına və icraçılarına sərt cavab vəd edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bazar günü günorta saatlarında İstanbulun mərkəzindəki piyada turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.
Türkiyə mətbuatı xəbər verir ki, təşkilatçı saxlanılıb və dindirilir.
6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı məlumdur.
Ölkə hakimiyyəti İstanbulda qadının törətdiyi partlayışı terror aktı kimi qiymətləndirir.
"Bizim izimiz var. Sifarişin Kobanidən (Suriya şəhəri) gəldiyinə dair şübhə var, cinayəti törədən şəxs Afrindən keçib. İndi bütün bunlar aydınlaşdırılır", - Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
Daxili İşlər Nazirliyinin rəhbəri isə qeyd edib ki, Türkiyədə 6 ilə yaxındır İstanbuldakı kimi terror aktı olmayıb.


Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər