Bütün xəbərlər
Şolts deyib ki, Vyetnam Ukrayna ilə bağlı öz mövqeyinə qərar verməlidir
Tarix: 13-11-2022 19:08 | Bölmə: Dünya

Almaniya kansleri Olaf Şolts deyib ki, Vyetnam hakimiyyəti Ukrayna ilə bağlı öz mövqeyini dəqiq müəyyən etməlidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərini "DPA" agentliyi yayıb.
Şolts Vyetnamın Baş naziri Fam Min Çinlə görüşüb. Kansler qeyd edib ki, o, Vyetnamın Ukraynadakı münaqişə məsələsində “aydın mövqe tutmasını” istərdi.
“Kiçik ölkələr daha böyük və daha güclü qonşularının hərəkətlərindən təhlükəsiz ola bilməzlər.
Vyetnam, eləcə də Çin və Hindistan daha əvvəl Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən BMT qətnaməsinə səsvermədə bitərəf qalıb.


Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər