Bütün xəbərlər
Odessada dənizçilər mitinq təşkil ediblər
Tarix: 12-11-2022 21:01 | Bölmə: Dünya




Odessa dənizçiləri etiraz aksiyası keçirərək, ölkə hakimiyyətinə xaricdə işləmək üçün icazələrin verilməsinə mane olmamaq tələbi ilə müraciət ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,polis və hərbi komissarlıq uyğun namizədlərin toplanmasından istifadə edir və mitinq iştirakçılarına çağırış vərəqələri paylayır.
Ukraynada mövcud olan qaydalara görə, dənizçilər işləmək üçün lazımi icazəni yalnız hərbi komissarlıqla razılaşdıqdan sonra ala bilərlər. Dəniz və çay gəmilərinin ekipaj üzvlərinə, habelə gəmilərdə işləməyə davam edən və ya təcrübə keçən şəxslər üçün xaricə çıxmağa rəsmi icazə verilir.
Odessada aksiyaya səbəb dövlətin müvafiq sərəncamlarının olmasına baxmayaraq, dənizçilərin Ukraynadan kənarda işləmək üçün icazə ala bilməməsi olub. Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Bratçuk icazələrin verilməsinin süni şəkildə əngəllənməsini etiraf edib.
“RİA Novosti” xəbər verir ki, etirazçılara təzyiqləri hərbi komissarlıqların nümayəndələri həyata keçirir, polisin dəstəyi ilə etirazçılara çağırış vərəqələri paylayır və narazıları saxlayır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə insident qeydə alınıb. Aksiya iştirakçılarından biri polis tərəfindən saxlanılıb, lakin etirazçılar qeyd edirlər ki, həmin şəxsi ilk dəfə görürlər, o, dənizçi deyil, çox güman ki, təxribatçı və rus casusudur.


Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər