14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Millət vəkili: Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan ciddi böhran içərisindədir
Tarix: 16-01-2019 21:02 | Bölmə: Dünya

     

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini hər zaman ölkəmizin bir nömrəli problemi hesab edib və həmişə də bu məsələni diqqətdə saxlayır.
Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov yanvarın 11-də Azərbaycan Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib.
Deputat qeyd edib ki, Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan hərtərəfli, ciddi böhran içərisindədir: “Həm iqtisadi, həm də siyasi cəhətdən iflasa uğrayan Ermənistanda ciddi demoqrafik problemlər də yaranıb, sakinlər ölkədən qaçır”.
E.Məmmədov bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasını üstün tutur: “Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bizə həm tövsiyə, həm təkid edirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq biz görürük ki, bu məsələ 30 ilə yaxındır sülh yolu ilə həllini tapmır. Bu gün güclü Azərbaycan var, güclü ordumuz var və biz torpaqlarımızı işğaldan azad edəcəyik. Cənab Prezident də çıxışında bu məsələləri bir daha diqqətə çatdırdı”.
Millət vəkili vurğulayıb ki, dövlət başçısı eyni zamanda məcburi köçkünlərlə bağlı məsələləri həmişə diqqətdə saxlayır: “Məcburi köçkünlərimizə olan diqqət göz qabağındadır. Yəni onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunması və digər məsələlər həmişə cənab Prezidentin diqqət mərkəzində olub, bu gün də dövlət tərəfindən məcburi köçkünlərə diqqət və qayğı davam edir. 2019-cu ildə də sadalanan məsələlərin həllinə kifayət qədər vəsait ayrılıb”.



Baxış sayı: 628


Bölməyə aid digər xəbərlər