12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
MAQATE Xarkovdakı iki nüvə obyektində yoxlama aparıb
Tarix: 11-11-2022 22:22 | Bölmə: Dünya


MAQATE ekspertləri Xarkovdakı iki nüvə obyektində yoxlama aparıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə qurumun saytında yerləşdirilən məlumatda deyilir.
Noyabrın 8-10-da MAQATE mütəxəssisləri “Xarkov Fizika-Texnika İnstitutu” Milli Elmi Mərkəzində və Xarkov “Radon” Regionlararası İxtisaslaşdırılmış Kombinatının radioaktiv tullantıların utilizasiyası sahəsində olublar. Mütəxəssislər belə qənaətə gəliblər ki, döyüş əməliyyatları nəticəsində birinci obyektə xeyli ziyan dəyib. Onun demək olar ki, bütün binaları zədələnmişdi, onların çoxu təmir oluna bilməzdi.
Radioaktiv tullantıların utilizasiyası sahəsinə gəldikdə, MAQATE qeyd edir ki, ona münaqişənin təsiri olmayıb. Eyni zamanda, agentlik ekspertləri diqqəti ona yönəldirlər ki, yoxlama zamanı onlar dəfələrlə uzaqdan artilleriya atəşi səslərini eşitdilər.
Nəticədə MAQATE obyektlərdə radioaktiv buraxılış əlamətlərinin qeydə alınmadığı qənaətinə gəlib.
Bundan əvvəl beynəlxalq agentlik Ukraynanın daha üç nüvə obyektində yoxlamaların başa çatdığını elan edib.


Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər