Bütün xəbərlər
Kral III Çarlz və həyat yoldaşına yumurta atıldı
Tarix: 09-11-2022 19:53 | Bölmə: Dünya


Britaniyanın York şəhərində polis kral III Çarlz və Kraliça Konsort Kamillaya bir neçə yumurta atan təcavüzkarı saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"GB News"in məlumatına görə, kral cütlüyü həmin vaxt kraliça II Yelizavetanın heykəlinin açılışına gəlib.
Hadisə Micklegate Barda gəzinti zamanı baş verib və videoya düşüb. Kadrlarda naməlum şəxsin krala tərəf bir neçə yumurta atması, lakin heç birinin ona dəymədiyi görünür.
Hadisə şahidlərinin sözlərinə görə, polis eyni zamanda “Bu ölkə qul qanı üzərində qurulub” şüarını səsləndirən adamı cəld yaxalayıb. Kütlədəki digər insanlar etirazçıya "Allah Kralı Qorusun" və "Utansın" şüarları səsləndirməyə başladılar.


Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər