Bütün xəbərlər
Ekvador millisi yalan məlumat verdiyi üçün 3 xaldan məhrum ediləcək
Tarix: 08-11-2022 22:00 | Bölmə: Dünya


2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə turnirində Ekvador millisi üç xalı əldən verəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu qərarı İdman Arbitraj Məhkəməsi qəbul edib.
CAS-ın mətbuat xidmətinin məlumatına görə, ekvadorlular futbolçu Bayron Kastilyo haqda yalan məlumatların yer aldığı sənəddən istifadə ediblər. Milli komandada saxta pasportla çıxış edib.
Bundan əvvəl Çili Futbol Federasiyası İdman Arbitraj Məhkəməsinə müraciət edərək Ekvador millisinin 2022-ci il dünya çempionatından kənarlaşdırılmasını tələb etmişdi. Çilililər Kastilonun kolumbiyalı olduğunu və saxta sənədlərdən istifadə etdiyini bildiriblər.
Çili federasiyası ekvadorluların DÇ-2022-nin seçmə mərhələsinin səkkiz matçında topladığı bütün xalların silinməsini tələb edib. Lakin araşdırmadan sonra CAS futbolçunun Ekvador millisində oynamaq hüququna malik olduğuna qərar verib. Amma saxta sənədlərə görə Ekvador Futbol Federasiyasını 100 min İsveçrə frankı məbləğində cərimələyib. Bundan əlavə, ekvadorlular DÇ-2026-nın seçmə mərhələsində 3 xal itirəcək.
Xatırladaq ki, Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Ekvadorlular A qrupunda Hollandiya, Qətər və Seneqala qarşı mübarizə aparacaqlar.



Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər