Bütün xəbərlər
Krımda antiterror komissiyası Zelenskinin mənzili ilə məşğul olacaq
Tarix: 03-11-2022 10:09 | Bölmə: Dünya

Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bildirib ki, onlar yarımadanın ərazisində Rusiya Federasiyasına qarşı qeyri-dost hərəkətlər edən əcnəbi vətəndaşların əmlakını müəyyən etməyə davam edəcəklər.
O, aydınlaşdırıb ki, hazırda bütün belə obyektlərdə, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenskinin mənzilində antiterror komissiyası işləyir.
“Hazırda Rusiyaya qarşı qeyri-dost hərəkətlər edən xarici vətəndaşların və dövlətlərin bütün müəssisələrində və əmlaklarında antiterror komissiyası işləyir. Təhlükəsizlik qüvvələri Zelenskinin mənzilinin ətrafında da işləyir. İşlər başa çatandan sonra nəticələr barədə məlumat verəcəyik”, - Konstantinov bildirib.
Xatırladaq ki, daha əvvəl Krım parlamenti hazırkı Kiyev rejimi ilə əlaqəli olan ukraynalı oliqarxların əmlakının milliləşdirilməsi barədə qərar qəbul etmişdi.



Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər