Bütün xəbərlər
Şolts, ukraynalı qaçqınlara görə böyük problemlərin olduğunu etiraf etdi
Tarix: 02-11-2022 22:27 | Bölmə: Dünya


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts bildirib ki, Ukraynadan olan bir milyondan çox qaçqın Almaniyada qeydiyyata alınıb və bu, ölkənin bələdiyyələri, şəhərləri və icmaları üçün böyük problemdir.
“Biz görürük ki, müharibənin nəticələri var, məsələn, çoxlarının ölkəmizdən sığınacaq istəməsi”, - o, Berlində mətbuat konfransında deyib. Şolts münaqişənin dayandırılması və sülhün əldə edilməsi üçün bütün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.
Kanslerin sözlərinə görə Almaniya hakimiyyəti ukraynalı qaçqınlara dəstək üçün bu il əlavə 1,5 milyard avro səfərbər edəcək. Gələn il dövlət Almaniyaya gələn ukraynalılar üçün daha 1,5 milyard avro, digər ölkələrdən gələn qaçqınlar üçün isə 1,25 milyard avro ayırmağı planlaşdırır, TASS yazır.








Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər