Bütün xəbərlər
Finlandiya və İsveç nüvə silahına sahib olmağa tələsmirlər
Tarix: 02-11-2022 11:20 | Bölmə: Dünya


Finlandiya və İsveçin nüvə silahı məsələsinə münasibəti “tam olaraq eynidir”.
Ölkələr nüvə silahının yerləşdirilməsi məsələsini yalnız NATO-ya daxil olduqdan sonra müzakirə etmək niyyətindədirlər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Finlandiyanın baş naziri Sanna Marin və onun isveçli həmkarı Ulf Kristersson bildiriblər ki, Helsinki və Stokholm alyans üçün ilkin şərtlər irəli sürmür.
Marin həmçinin vurğulayıb ki, Finlandiya “NATO-ya daxil olarkən qapıları bağlamaq istəmir”.
Öz növbəsində Finlandiya prezidenti Sauli Niinistö ölkənin nüvə silahı meydançasına çevrilməsi perspektivindən soyuqqanlılıqla danışıb.
"Finlandiyanın xahiş edəcəyi və ya NATO-nun burada nüvə silahı yerləşdirməyi təklif edəcəyi çox uzaq bir fikirdir", - Niinistö bildirib.
Finlandiya və İsveçin NATO-ya daxil olması alyansın 30 üzvünün hamısı tərəfindən təsdiqlənməlidir. “İnterfaks” yazır ki, ratifikasiya proseduru Türkiyə və Macarıstan tərəfindən hələ qəbul edilməyib.



Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər