Bütün xəbərlər
Çarlz III Kraliça Yelizavetanın atlarını sataraq 1 milyon funt sterlinqdən çox qazandı
Tarix: 30-10-2022 23:40 | Bölmə: Dünya



Böyük Britaniya kralı III Çarlz mərhum Kraliça II Yelizavetanın sevimli yarış atlarını sataraq 1 milyon funt-sterlinqdən çox pul qazanıb. Bu barədə “The Sun” məlumat yayıb.
Sabaha-inamla.az "Qazeta"ya istinadən xəbər verir ki, Çarlz III mərhum anasının on dörd atını Nyumarketdəki Tattersallsda satdı, o cümlədən II Elizabetin ölümündən iki gün əvvəl Qudvud yarışında qalib gələn Love Affairsi. Hər at hərracdan orta hesabla 75 min funt sterlinqə çıxdığı üçün satışın monarxa cəmi 1,075 milyon funt sterlinq qazandırdığı bildirilir.


Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər