Bütün xəbərlər
Kanada Britaniya monarxı III Çarlza itaət etməkdən imtina etdi
Tarix: 27-10-2022 22:03 | Bölmə: Dünya


Monarxiyanın əsl xəyanəti uzaq və soyuq Kanada sahillərində yetişdi.
Sabaha-inamla.az "Komsomolskaya pravda"ya istinadən xəbər verir ki, məlumata görə deputatların bəziləri mərhum kraliça II Yelizavetanın varisi - III Çarlza itaət etmək fikrində deyillər.
Biabırçılıq Kanadanın əhalisinin əhəmiyyətli hissəsinin fransızca danışdığı Kvebek ştatının regional parlamentində baş verib. Kanadadan müstəqilliyin tərəfdarı olan Bloc Québec partiyası keçmiş metropolun kralına sədaqət andı içməkdən imtina etdi. Hərəkatın yeni seçilən 14 deputatı yerli qanunlara görə vəzifə tutmaları üçün məcburi olan bu prosedurda iştirak etməyəcəklərini bəyan edərək bir çox siyasətçi və hüquqşünasları çaşdırıblar.



Baxış sayı: 249


Bölməyə aid digər xəbərlər