Bütün xəbərlər
İrana qarşı yeni sanksiyalar tətbiq edilib
Tarix: 26-10-2022 21:35 | Bölmə: Dünya


ABŞ İranın 14 nəfər vəzifəli şəxsinə və 3 təşkilatına qarşı yeni sanksiyalar tətbiq edib.
Sabaha-inamla.az AZƏRTAC-a istinadən xəbər verir ki, sanksiyalara məruz qalan əsasən İranın hüquq-mühafizə orqanlarının rəhbərləridir.
Yeni sanksiyalarla bağlı ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, rəsmi Vaşinqton bütün imkanlardan istifadə edərək İranın hökumətinin bəzi nümayəndələrini məsuliyyətə cəlb edəcək.
İran hələlik yeni sanksiyalara münasibət açıqlamayıb.
Yeni sanksiyaların tətbiqinə İran polisinin nümayişçilərə qarşı qəddar davranışı səbəb olub.
Bu gün Tehranda əxlaq polisinin zorakılığına məruz qaldıqdan sonra xəstəxanada vəfat edən 22 yaşlı Məsiha Əmininin dəfnindən 40 gün ötür. Bununla əlaqədar olaraq Tehran, Təbriz, Urmiya, Kirman və digər böyük şəhərlərdə kütləvi aksiyalar keçirilir. Aksiyaçılar siyasi tələblər irəli sürürlər.
Tehranda mərkəzi yollar bağlanıb, polis və xüsusi təyinatlılar meydanlarda növbə çəkərək insanların toplanmasının qarşısını alırlar. Bu proseslər polislə aksiyaçılar arasında qarşıdurma ilə müşahidə olunur.





Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər