Bütün xəbərlər
İtaliyanın Baş naziri Giorgia Meloni yeni hökumət proqramını açıqlayıb
Tarix: 25-10-2022 21:10 | Bölmə: Dünya


İtaliyanın ilk qadın Baş naziri Giorgia Meloni oktyabrın 25-də parlamentin aşağı palatası olan Deputatlar Palatasının Baş Assambleyasında çıxış edib.
AZƏRTAC xəbər verir ki, G.Meloni çıxışında rəhbəri olduğu yeni hökumətin qısamüddətli və qarşıdakı illər üçün nəzərdə tutduğu proqramı açıqlayıb. İtaliya iqtisadiyyatının hazırda ən çətin dövrünü yaşadığını deyən Baş nazir yüksək enerji xərcləri ilə üzləşən ailələrə və müəssisələrə dəstək tədbirlərinin gücləndirilməsinə üstünlük veriləcəyini bildirib. Qeyd edib ki, hökumət 2023-cü il büdcəsi üzərində işə başlayıb, vətəndaşlar və kiçik biznes subyektləri üçün vergi güzəştləri nəzərdə tutulur.
G.Meloni İtaliyanın ətrafındakı dənizlərdə təbii qaz yataqlarının olduğunu, bu ərazilərə doğru istiqamətlənməyin vacibliyini bildirib.
O, İtaliyanın Ukrayna xalqına dəstəyini davam etdirəcəyini vurğulayıb.
Daha sonra Deputatlar Palatasında yeni hökumətə etimad səsverməsi keçirilib. G.Meloni oktyabrın 26-da isə parlamentin yuxarı palatası olan Senatın üzvlərinə müraciət edəcək, etimad səsverməsi olacaq.





Baxış sayı: 213


Bölməyə aid digər xəbərlər