Bütün xəbərlər
İlahiyyat İnstitutunun rektoru İsveçrədə məruzə ilə çıxış edib
Tarix: 25-10-2022 20:22 | Bölmə: Dünya

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfəri zamanı Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti Ventzeslav Sabev və Cenevrə Dinlərarası Dialoq Platformasının nümayəndələri ilə görüşüb.
Aİİ rektoru A.Şirinov görüşdə “Dini radikalizmə və zorakılığa təsir edən psixoloji amillər” mövzusunda məruzə ilə çıxış edib. İnstitut rəhbəri zorakılığın yaranmasına təsir edən amillər arasında insanın təbiəti ilə əlaqəliolanlarla yanaşı, uşaqlıq təcrübələri, insanlararası ictimai münasibətlər, eynizamanda, sərt və radikal dünyagörüşüməqamlarının da olduğunu vurğulayıb.Məruzəçi radikal qruplara qoşulma prosesinin çoxyönlü xarakterə malik olduğu qeyd edərək, radikallaşma prosesinitəkcə fərdi psixoloji xüsusiyyətlərlə açıqlamağa çalışan reduksionist nəzəriyyələrin mövzunu tam aydınlaşdıra bilmədiyini diqqətə çatdırıb.
Rektor iştirakçılara Azərbaycanda mövcud multikultural mühit barədə dəməlumat verib. Bildirib ki, ölkədə multikulturalizm, tolerantlıq və dini dözümlülük dövlət siyasəti səviyyəsində inkişaf etdirilir.
A.Şirinov daha sonra qeyd edib ki, ölkəmizdə mövcud tolerant mühitin və dini həmrəyliyin bariz nümunəsini 44 günlük Vətən Müharibəsində müşahidə etdik. Həmin vaxt dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının bir amal uğrunda, torpaqlarımızın azadlığı naminə birliyinin şahidi olduq.
Aİİ rektoru təmsil etdiyi ali təhsil müəssisəsi haqqında da geniş məlumat verib. İnstitutda mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanılmış müqavilələr, müəssisədə keçirilən tədbirlər, konfranslar, həmçinin əldə olunmuş nailiyyətlər haqqında bəhs edib.
Görüş müzakirələrlə davam edib.
Sabaha-inamla.az






Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər